Üç fərqli vəziyyət
Prostat xəstəlikləri üç istiqamətdə izah olunur: prostatit (iltihab) daha çox 30–40 yaşa qədər, adenoma (xoşxassəli böyümə) 50 yaşdan sonra, prostat xərçəngi isə daha çox 60 yaşdan sonra gözlənilən risklərdəndir. Bunlar müayinə, müalicə və risk baxımından fərqlənir.
Əlamətləri necə tanımalı?
BPH-də ən çox rast gəlinən şikayətlər:
- Sidik axınının zəifləməsi, kəsik-kəsik getmə
- Gecə 3–5 dəfə sidiyə qalxma
- Sidiyə çətin başlama, gücənmə
- Sidikdən sonra damcılama və tam boşalmama hissi
Nə zaman müalicə lazımdır?
Yüngül hallarda müşahidə və dərman kifayət edə bilər. Şikayətlər həyat keyfiyyətini ciddi pozursa, dərman təsir etmirsə və ya sidik tutulması, təkrar infeksiya kimi ağırlaşmalar varsa, cərrahi müalicə tövsiyə olunur.
TUR-P (qapalı prostat əməliyyatı)
TUR-P prostatın transuretral rezeksiyasıdır — sidik kanalı yolu ilə, kəsiksiz icra olunur. Sidik axınını maneə törədən prostat toxuması çıxarılır; üsul az ağrı və nisbətən qısa sağalma müddəti ilə xarakterizə olunur. Hər prostat böyüməsi TUR-P tələb etmir.