Sonsuzluq yalnız qadına aid deyil
Səbəblər həm qadın, həm də kişi faktorları ilə əlaqəli ola bilər. Kişi özünü tam sağlam hiss etsə belə, spermoqrammada ciddi problem ola bilər. Əsas səbəblər:
- Varikosel
- Sperma say/hərəkətlilik pozğunluğu
- Hormonal və genetik faktorlar
- Kanal tıxanıqlığı
Müayinə necə başlayır?
Əsas ilkin testlərdən biri spermoqrammadır. Qadında problem aşkarlanmadıqda kişidə səbəb axtarılmalıdır. Diaqnostika tək bir analizlə məhdudlaşdırılmamalı; lazım olduqda hormonal, skrotal doppler USM və genetik testlər əlavə olunur.
Cinsi zəiflik sonsuzluq deyil
Cinsi zəiflik və sonsuzluq eyni anlayış deyil: cinsi zəifliyi olmayan kişidə sonsuzluq ola bilər, cinsi zəifliyi olan kişidə isə sperma göstəriciləri normal ola bilər. Bəzi hallarda səbəb aradan qaldırıla bilir, bəzi hallarda tibbi imkanlar fərdi qiymətləndirilir.