Mümkün səbəblər

Sperm sayının azalmasına gətirib çıxara bilən amillər:

  • Varikosel
  • Hormonal pozğunluqlar
  • Genetik faktorlar
  • İnfeksiyalar
  • Xayaların əvvəlki xəstəlik və ya zədələnmələri
  • Bəzi dərmanlar
  • Siqaret və digər zərərli vərdişlər
  • Həddindən artıq istilik təsiri
  • Bəzi metabolik xəstəliklər

Yalnız analizə əsaslanıb dərman qəbul etmək olmaz

Müalicə səbəbdən asılıdır. Buna görə yalnız spermoqram nəticəsinə əsaslanaraq dərman qəbul etmək düzgün deyil.

Hansı müayinələr planlaşdırılır?

Androloji müayinədən sonra hormonal analizlər, xaya USM/Doppler müayinəsi və lazım gəldikdə genetik testlər planlaşdırıla bilər.