Uzman Uroloq-Androloq
Kişi sağlamlığında elmi yanaşma və diskret qayğı
Kişi sonsuzluğu, prostat xəstəlikləri, böyrək və sidik yolu daşları, sidik yolları cərrahiyyəsi və androloji sağlamlıq üzrə qəbul. Hər müalicə qərarı iki şeyə söykənir: dəqiq müayinə və elmi sübut.
Kişi sonsuzluğu və andrologiya
Varikosel və mikroskopik varikoselektomiya
Prostat xəstəlikləri
Böyrək və sidik yolu daşları
Azospermiya və TESE / Mikro-TESE
Erektil disfunksiya və vaxtından əvvəl boşalma
Fəaliyyət istiqamətləri
Kişi sağlamlığının bütöv spektri
Sonsuzluqdan prostat və daş cərrahiyyəsinə qədər — hamısı eyni prinsiplə: əvvəl dəqiq müayinə, sonra müalicə.
Bütün xidmətlərSpermoqramma, hormonal və doppler müayinə əsasında səbəbin dəqiqləşdirilməsi Varikosel və mikroskopik varikoselektomiya
Xaya damarlarının genişlənməsinin mikrocərrahi müalicəsi Azospermiya və TESE / Mikro-TESE
Spermada hüceyrə olmadıqda xayadan birbaşa sperm axtarışı Prostat xəstəlikləri
BPH, prostatit, PSA və prostat xərçəngi skrininqi — TUR-P Böyrək və sidik yolu daşları
Qapalı və lazerli müalicə: PNL, lazer URS, sistolitotripsiya Sidik yolları və uroloji onkologiya
Sidik kisəsi törəmələri, sistoskopiya, sidik qaçırma, kanal darlığı Erektil disfunksiya və vaxtından əvvəl boşalma
Cinsi zəiflik və boşalma problemlərinin diskret, səbəbə yönəlik müalicəsi Cinsi yolla keçən infeksiyalar və HPV
CYKİ və genital ziyillərin diskret diaqnoz və müalicəsi Penis əyriliyi, penil plikasiya və sünnət
Penis əyriliyinin cərrahi düzəldilməsi və hər yaşda steril şəraitdə sünnət Rekonstruktiv və onkoloji uroloji cərrahiyyə
Pyeloplastika, nefrektomiya və xaya şişlərinin cərrahi müalicəsi
Həkim haqqında
Elmə əsaslanan uroloji yanaşma
Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib, Türkiyənin İzmir şəhərində Ege Universitetində urologiya üzrə uzmanlıq təhsili alıb. Uzmanlıq təhsili dövründə robot yardımlı radikal prostatektomi sonrası kontinans və erektil funksiya mövzusunda tez hazırlayıb. Androloji, prostat, daş və sidik yolları cərrahiyyəsini icra edir.
Klinik təcrübə
Əməliyyat və qəbul otağından
Endouroloji və androloji cərrahiyyə, mikrocərrahi və gündəlik klinik qəbul — real iş mühitindən görüntülər.






Tez-tez verilən suallar
Ən çox soruşulanlar
Uzm. Dr. Fuad İsmayılov hansı problemlərlə məşğul olur?
Kişi sonsuzluğu və andrologiya, varikosel, azospermiya/TESE, prostat xəstəlikləri (BPH, TUR-P, PSA), böyrək və sidik yolu daşları, sidik kisəsi törəmələri və uroloji onkologiya, erektil disfunksiya, vaxtından əvvəl boşalma, cinsi yolla keçən infeksiyalar və HPV.
Kişi sonsuzluğunun əsas səbəbləri hansılardır?
Əsas istiqamətlər varikosel, azospermiya, spermoqramma pozğunluqları, hormonal faktorlar, genetik faktorlar və kanal tıxanıqlığıdır. Bəzi hallarda problem tək bir səbəbdən deyil, bir neçə faktorun birlikdə təsirindən yaranır. Buna görə diaqnostika yalnız bir analizlə məhdudlaşdırılmamalıdır.
Prostat böyüməsinin əlamətləri hansılardır?
Xoşxassəli prostat böyüməsi sidik axınının zəifləməsi, sidiyə başlamaqda çətinlik, gecə tez-tez sidiyə qalxma, sidik kisəsinin tam boşalmaması hissi, tez-tez sidiyə getmə və bəzən təcili sidiyə getmə ehtiyacı ilə özünü göstərə bilər. Bu şikayətlər zamanı uroloq müayinəsi tövsiyə olunur.