Əməliyyat necə aparılır?

Əməliyyat zamanı xaya toxumasından kiçik nümunələr götürülür və həmin toxuma embrioloq tərəfindən laboratoriyada mikroskopik olaraq araşdırılır. Spermatozoid aşkar edilərsə, onlar ICSI kimi köməkçi reproduktiv texnologiyalarda istifadə edilə bilər.

Sperm tapılma ehtimalı nədən asılıdır?

Nəticə hər xəstədə fərqlidir və aşağıdakı amillərdən asılıdır:

  • Azospermiyanın səbəbi
  • Hormonal göstəricilər
  • Genetik vəziyyət
  • Xaya toxumasında sperm istehsalının olub-olmaması