Əlamətlər

Əlamətlər çox vaxt cinsi əlaqədən 2–7 gün sonra görünə bilər. Bəzi hallarda isə heç bir əlamət olmadan gizli gediş mümkündür:

  • Sidik kanalından axıntı
  • Sidikdə yanma və göynəmə, kanalda qaşıntı
  • Səhər kanal ucunda damla şəklində ifrazat
  • Əlamətsiz gizli gediş

Əlamətlər keçibsə sağalmışam?

Mütləq deyil. Axıntı və əlamətlər bir müddət sonra öz-özünə azala bilər, amma bu, sağalma demək olmaya bilər. Müalicə olunmayan infeksiya prostata, xayalara və sperm daşıyan kanallara yayıla, gələcəkdə sonsuzluq və azospermiya riskini artıra bilər.

Partnyorla birlikdə müalicə

Evli şəxslərdə yalnız kişinin müalicə alması yetərli deyil; partnyor da müayinə olunmalı və lazım olduqda eyni vaxtda müalicə almalıdır, əks halda təkrar yoluxma riski qalır. Müasir yanaşmada bəzi infeksiyalara səhər ilk sidik nümunəsində, ağrısız üsulla baxmaq mümkündür.